BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat helikopter qəzasında öldü

Rusiya Dövlət Dumasının hakim “Yedinaya Rossiya” Partiyasından olan deputatı Ayrat Xayrullin helikopter qəzasında həlak olub.

 

Pravda.az-ın xəbərinə görə, A.Xayrullinlə birlikdə helikopterdə olan köməkçisi və pilot ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

 

Qəzaya əlverişsiz hava şəraitinin səbəb olduğu bildirilir.

 

Ayrat Xayrullin 2007-ci ildən Dövlət Dumasının bir neçə çağırış deputatı seçilib. Dumanın Aqrar məsələlər komitəsinin sədr müavini olub. A.Xayrullin Rusiyanın zəngin şəxslərindən biridir. 2019-cu ildə “Forbes” jurnalı onun varidatını 158,88 milyon rubl qiymətləndirib.Azərtac

Tarix: 8 Fevral 2020, 10:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin