BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Moskvada Şeyxülislam Allahşükür Paşazadə və Patriarx Kirill arasında görüş keçirilir

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill arasında görüş başlayıb.

 

Pravda.az-ın xəbərinə görə, görüş Rusiya Patriarxlığının Müqəddəs Danil Monastrında keçirilir.

 

Koronavirus pandemiyasına görə QMİ sədri və Rusiya Patriarxının görüşü mətbuatın iştirakı olmadan keçirilir.

 

Qeyd edək ki, Allahşükür Paşazadənin oktyabrın 11-də Rusiya Federasiyasına səfəri başlayıb. Səfər çərçivəsində QMİ sədri sabah Patriarx Kirill və bütün ermənilərin katalikosu II Qareginin iştirakı ilə üçtərəfli görüşdə iştirak edəcək. Oktyabrın 14-də isə Şeyxülislam Azərbaycanın Rusiyadakı səfirliyi ilə birgə azərbaycanlılar və digər dini konfessiya nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin anım mərasiminə qatılacaq.

 

APA

Tarix: 12 Oktyabr 2021, 18:04   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin