BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaxda BMT-nin xidməti avtomobili qəzaya düşüb, xəsarət alanlar var

Qax rayonunda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinə məxsus "Toyota Camry" markalı avtomobil qəzaya düşüb.

 

Pravda.az-ın məlumatına görə, hadisə axşam saatlarında şəhərin mərkəzi hissəsində qeydə alınıb.

 

Belə ki, "Toyota Camry" markalı 076-D-001 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə motosiklet toqquşub. Nəticədə motosikletdə olan iki nəfər - Qax rayonunun Əmbərçay kənd sakinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

Report

Fotoları təqdim edirik
Tarix: 12 Oktyabr 2021, 19:37   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin