BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Onlara təlimat verəcəyəm və deyəcəyəm ki..." - Kirill

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein Azərbaycanı çox sevirdi. O, Azərbaycanı öz vətəni hesab edirdi.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə bildirib.

 

Patriarx Kiril mərhumun hər zaman Azərbaycanın maraqlarını müdafiə etdiyini vurğulayıb.

 

“O, Azərbaycanın xristian kilsəsinin sadiq nümayəndəsi idi. Mən çox ümid edirəm ki, Azərbaycanda pravoslav kilsəsinə rəhbərlik edəcək şəxslər bu ənənəni davam etdirəcək. Mən onlara bu barədə təlimat verəcəyəm və deyəcəyəm ki, Azərbaycanın islam icmasının rus kilsəsi ilə münasibətləri çox yüksək prioritetdir”, - Moskva və Bütün Rusiyanın Patriarxı Kirill qeyd edib.

Tarix: 12 Oktyabr 2021, 20:14   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin