BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Bayramov Fələstinin xarici işlər naziri ilə görüşdü

Bu gün Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı yüksək səviyyəli görüş çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövləti xarici işlər naziri Riad Əl-Maliki ilə görüşüb.

XİN-dən Pravda.az-a verilən məlumata görə, görüşdə Fələstin xarici işlər naziri Azərbaycanın Qoşulmama Hərəkatı sədri kimi uğurlu və aktiv fəaliyyətini qeyd edib. Nazir Al-Maliki Qoşulmama Hərəkatının 60 illik yubileyinə həsr olunmuş tədbirin uğurla keçirilməsi münasibətilə nazir Ceyhun Bayramovu təbrik edib.

Tərəflər ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf potensialını qeyd edib, bu xüsusda ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. 

Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, işğaldan azad olunan ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib.

Görüşdə nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tarix: 12 Oktyabr 2021, 21:04   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin