BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağasif Şakiroğlu: “Azərbaycan dövlətini güclü və nüfuzlu dövlətlərlə eyni sırada görmək qürurvericidir”

“Bu gün Çin Xalq Respublikasının Benbu şəhərində Tayhu Dünya Mədəniyyət Forumunun 6-cı illik konfransı öz işinə başlayıb. Bu forum Çində mədəniyyət sahəsində ən böyük tədbirlər sırasındadır. Tayhu Forumunun builki devizi “Sivilizasiyaların qarşılıqlı öyrənilməsi: bəşəriyyət üçün birgə gələcəyin qurulması”dır. Forumun tarixində ilk dəfədir hansısa bir dövlət “Fəxri qonaq ölkə” statusunda iştirak edir. Son illər dünyada nüfuzu sürətlə artan vətənimiz Azərbaycan Tayhu Forumunun ilk “Fəxri qonaq ölkəsi” oldu».

 

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

 

Partiya sədri qeyd edib ki, Azərbaycan dövlətinin güclü və nüfuzlu dövlətlərlə eyni sırada görmək olduqca qürurvericidir: “Daha da qürurverici olan dünya əhəmiyyətli beynəlxalq forumun təşkilatçılarından birinin də Azərbaycan olmasıdır… Bilməyənlər üçün qeyd edim ki, Tayhu Dünya Mədəniyyət Forumu Çin hökumətinin dəstəyi ilə 2008-ci ildə təsis edilib”.

Tarix: 12 Oktyabr 2021, 22:06   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin