BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"“İnanıram ki, Azərbaycan və Ermənistanın dini liderlərinin nüfuzu insanların şüuruna faydalı təsir göstərə bilər” - Kirill

“İnanıram ki, Azərbaycan və Ermənistanın dini liderlərinin nüfuzu insanların şüuruna faydalı təsir göstərə bilər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşündə çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, bugünkü görüş, dini liderlərin dialoqu hər kəs üçün nümunə olacaq.

 

Patriarx Kirill vurğulayıb ki, bu görüş regionda çox saylı problemlərin həllinə böyük töhfə verəcək.

 

O, görüş əsnasında qədim Qafqaz torpaqlarında uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasına töhfə verəcək qarşılıqlı anlaşmanın əldə ediləcəyinə ümid etdiyini də qeyd edib.

Tarix: 13 Oktyabr 2021, 13:02   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin