BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Dəhşətli qəzaya səbəb olan 19 yaşlı sürücünün FOTOLARI

Xəbər verdiyimiz kimi, bu gün saat 08:00 radələrində Mərdəkan istiqamətində hərəkətdə olan yük avtomobili aeroport yolunda 171 nömrəli sərnişin avtobusuna çırpılıb. Baş verən hadisə nəticəsində 5 nəfər həyatını itirib, 21 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Pravda.az xəbər verir ki, aeroport yolunda sərnişin avtobusuna çırpılan yük avtomobilinin sürücüsünün kimliyi məlum olub. 

Bildirilir ki, bu şəxs Qobustan rayon sakini, 2002-ci il təvəllüdlü Əzizov Mahmud Babagözəl oğludur.

M.Əzizovun şübhəli şəxs qismində saxlanıldığı qeyd olunur.

Pravda.az-ın məlumatına görə, Əzizov Mahmud Babagözəl oğlu Qobustan rayonunun Ərəbşalbaş kənd sakinidir. 2 il əvvəl tələbə adını qazanan 19 yaşlı Mahmud Əzizov qəza zamanı idarə etdiyi 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobilin bu ilin yanvar ayından idarə edir.






Yeniavaz.com

Tarix: 13 Oktyabr 2021, 15:23   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin