BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Anti-milli qüvvələr qəbul edə bilmirlər ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında cəmləşib" - RƏY

"Anti-milli qüvvələr bu gün İranın Azərbaycana qarşı mövqeyini dəstəkləyir və onları tənqid belə etmirlər. Onlar daim Ermənistanı dəstəkləyirlər. İstənilən halda, Azərbaycan Prezidenti İlham Əliyevin ikinci Qarabağ müharibəsi zamanı paralel olaraq informasiya müharibəsində də qələbə qazanmasına heç kim kölgə sala bilməz".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.


 
 
Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzü bərpa etməklə adını təkcə Azərbaycan tarixinə deyil, eyni zamanda dünya tarixinə də əbədi həkk etdirmiş olub: "Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında  Azərbaycan Ordusunun Zəfər qazanmasının bir neçə həlledici səbəbi var idi. Vətən müharibəsi dövründə Prezident İlham Əliyev böyük diplomat və siyasi lider kimi fəaliyyəti ilə həm də informasiya müharibəsində böyük uğura imza atdı. Müharibə dövründə cənab Prezidentin 30-a qədər xarici kütləvi informasiya vasitəsinə verdiyi müsahibələrlə beynəlxalq ictimaiyyət bir daha əmin olurdu ki, Azərbaycanın işi haqq işidir və öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Hər kəsə aydın olurdu ki, Azərbaycan bunu dinc yolla həll etmək istəyirdi, lakin mümkün olmadı. Cənab Prezident bu xəttini, prinsipial mövqeyini müdafiə etdi və beynəlxalq ictimaiyyətə çatdırdı. Beləliklə, böyük informasiya müharibəsinin önündə getdi, onu istiqamətləndirdi. Bununla yanaşı, biz müşahidə edirik ki, Prezidentin bu böyük qələbəsini həzm etməyən qruplar xeyli fəallaşıblar. Onlar qəbul edə bilmirlər ki, Azərbaycan xalqı Prezidentin ətrafında cəmləşib və İlham Əliyevin gündən-günə artan nüfuzu var. Xalq-hakimiyyət birliyi hər sahədə öz sözünü deyir. Bu gün xeyli sayda ermənipərəst siyasi qüvvələr, erməni lobbisi və diasporu, həmçinin sapı özümüzdən olan baltalar da eyni mövqedən çıxış edirlər, Azərbaycanın haqq işinə gecə-gündüz kölgə salmağa çalışırlar. Ölkəmizə qarşı yalanlar, iftiralar  yayırlar, Azərbaycanı beynəlxalq aləmdə nüfuzunu azaltmağa çalışırlar. Post-müharibə dövründə də onların mövqeləri eynidir və hesab edirlər ki, müharibə hələ də başa çatmayıb. Ermənistanın baş naziri Nikol Paşinyanın müharibənin başa çatdığına inanmadığı kimi, onların havadarları və adını azərbaycanlı qoyub ölkəmizə qarşı çıxan bir sıra qüvvələr də buna inanmaq istəmirlər. Yəni, onlar status məsələsini gündəmə gətirirlər. Burada məqsəd Azərbaycanı daxildən zəiflətməkdir".


Nəzrin Cavid
Tarix: 13 Oktyabr 2021, 16:27   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin