Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

Dörd ildən bir olan TARİX

Bu il fevral ayı 29 gün olacaq.

 

Pravda.az-ın xəbərinə görə, fevral ayı 4 ildən bir 29 gün olur.

 

Hər dörd ildən bir fevral ayına bir gün əlavə edilir. Bu isə ona görə lazımdır ki, Günəş sistemi ilə Gregorian təqvimi arasındakı uyğunsuzluq aradan qaldırılsın.

 

Yerin Günəş ətrafında tam dövrəsi 365, 2422 günə başa gəlir, amma Gregorian təqvimində 365 gün var.

 

Odur ki, insanlar öz təqvimlərini Yerlə və fəsillərlə həmahəng saxlayırlar.

 

Julian təqvimində bütün başqa ayların 30, ya da 31 günü var. Roma imperatoru Sezar Avqustdan əvvəl hökmdarlıq etmiş Yulius Sezarın vaxtında imperatorun adını daşıyan iyul ayının 31 günü varmış. Fevral ayı isə 30 günə malikmiş. Halbuki avqust ayının cəmi 29 günü vardı.

 

Odur ki, Avqust imperator olan kimi fevralın iki gününü alıb “öz ayına” qatıb. Beləliklə, iyul və avqustun günləri bərabərləşib.

 

Texniki baxımdan uzun il hər dörd ildən bir deyil. Məsələn 2000-ci il uzun il olub, amma 1700, 1800 və 1900-cü illər olmayıb.

 

Nədənsə, 4-ə bölünən illər uzun illər olur, bir şərtlə ki, 100-ə bölünsün, amma 400-ə bölünməsin.

 

Bu ona görə baş verir ki, Yer və mövsümlərlə yaradılan uyğunluq üçün 4 ildən bir artırılan bir günün özü də “artıqlıq” edir.

 

Məsələn Roma təqvimində Yuli Sezara qədər ildə 355 gün var idi və hər iki ildən bir 22 günlük bir ay əlavə olunurdu.

 

Amma Sezarın münəccimi Sosiogen 1-ci əsrdə daha təkmil sistem yaratdı.

 

365 günlük ili və hər dörd ildən bir əlavə olunan bir günü də məhz Sosiogen yaradıb.

 

Beləliklə fevralın 29-u əmələ gəlib.

 

Yer ili tam dəqiqliyi ilə 365, 25 gün olmadığı üçün Papa Gregory-nin münəccimləri 1582-ci ildə Gregorian təqvimini yaradanda hər 400 ildən bir üç günü “itirməyi” qərara alıblar.

 

O vaxtdan bəri belə bir “riyaziyyat” işləyir, amma ona 10 min ildən sonra ciddi dəyişiklik etmək lazım gələcək.

 

Fevralın 29-nu niyə istirahət günü etmirlər?

Belə kampaniyalar aparılıb və hətta bəziləri iddia edirlər ki, bu, “kapitalistlərin cibinə işləyən” gündür, çünki əmək müqavilələrində bir il kimi 365 gün götürülür. Yəni 366-cı günü “xəlq pulsuz işləyir”.

 

Merilend ştatından Karl Savage adlı müəllim 2008-ci ildə “Uzun ilin əlavə günündə işləmək yoxdur” kampaniyası aparıb. Həmin il fevralın 29-u cümə gününə düşürdü.

 

Bir də əlavə saniyə məsələsi var.

 

Əlavə saniyələr əlavə günlə birbaşa əlaqəli deyil, lakin ondan da məqsəd bizim saatlarımızın “atom saatı”na uyğunlaşdırılmasıdır.

 

Atom saatı dəyişməzdir, amma Yerin fırlanması tədricən yavaşıyır, yəni gündə saniyənin 2 mində biri qədər.

 

Ötən il əlavə saniyə iyunun axırında artırılıb. Əgər bu “düzəliş” edilməsə, günlərin bir günündə gecəyarısı günorta ola bilər.

 

Əlavə saniyə bəzi dəqiqi saatlarla işləyən sistemləri sıradan çıxara bilər.

 

Məsələn 2012-ci ildə əlavə saniyə artırılarkən Mozilla, Reddit, Foursquare, Yelp, LinkedIn və StumbleUpon kimi sistemlər qəzaya uğramışdı.

 

29 fevral ad günü ilə doğulmaq şansı 1461-dən 1-dir. Adi illərdə “uzun illilər”dən bəziləri ad günlərini fevralın 28-də, bəziləri isə martın 1-də keçirirlər.

 

Bəziləri də var ki, inadla yalnız dörd ildən bir ad günü qeyd edirlər. Bəzən məsləhət verirlər ki, günortaya qədər doğulanlar fevralın 28-də, günortadan sonra doğulanlar isə martın 1-də ad günü keçirsinlər. Bəs düppədüz günorta doğulanlar neyləsinlər?

 

Bütün dünyada 4, 1 milyon insanın ad günü fevralın 29-na düşür.

 

Qadınların evlənmə təklif etdiyi gün

Qərb ölkələrində yayılmış ənənəyə görə, guya qadınlar kişilərə yalnız uzun illərdə evlənmək təklif edə bilərlər.

 

Rəvayət belədir ki, guya 5-ci əsrdə müqəddəs Bridget adlı bir irland rahibəsi müqəddəs Patrick-ə gileylənib ki, qətiyyətsiz kişilər qadınları boğaza yığırlar. Guya müqəddəs Patrick də deyib ki, “qoy onda hər dörd ildən bir qadınlar kişilərə evlənmə təklifi etsinlər”.

 

Amma bu ənənə 19-cu əsrədək geniş yayılmamışdı.

 

Başqa bir rəvayətə görə isə guya Şotlandiya kraliçası Margaret 1288-ci ildə qanun çıxarıb və bu qanun azad qadınlara uzun illərdə kişilərə evlənmə təklifi etmək icazəsi verirmiş. Həm də qanuna görə evlənməkdən imtina edən kişilər cərimələnməliymişlər.

 

Cəncəl burdadır ki, şotland kraliçası Margaret dünyasını 8 yaşında dəyişib və o deyilən qanun da arxivlərdən tapılmayıb.

 

Üçüncü bir versiya belədir ki, qadınların evlənmək təklif etməsi ənənəsi “uzun illər”in ingilis qanununda tanınmadığı çağlara gedib çıxır. Qanunsuz, yəni mövcud olmayan ildə, qadının təklif etməsi utanclı bir iş sayılmaya da bilərdi.

 

Bu ənənəyə görə qadınlar evlənmək təklif edərkən qısa şalvar və ya qırmızı ətək geyinməliymişlər.

 

Məsələn Danimarkada qadının təklifindən imtina edən kişi ona 12 çüt əlcək bağışlamalıymış, Finlandiyada isə cərimə “donluq parça” imiş.

 

Kişilərin yarısı "29 fevral ənənəsi"nə yalnız sevinərdi

Müasir zəmanəmizdə aparılan bəzi rəy sorğuları göstərib ki, qadınların 20 faizi kişilərə evlənmək təklifi etmək istərdilər.

 

Onlardan üçdə biri kişilərin mümkün reaksiyasından narahat olduqlarını deyiblər.

 

Amma iş burasındadır ki, kişilərin 59 faizinə sevgililərinin diz çöküb təklif etməsi ləzzət eləyərmiş.

 

Ümumlikdə isə kişilərin 50 faizi məhz sevgililərinin evlənmək təklif etməsini istədiyini bidlirib.

 

Amma qadınların yalnız 15 faizi belə bir addımı atmağa hazır olduğunu söyləyib.

 

“The Telegraph” oxucularına uzun illərdə ümumiyyətlə evlənmək kimi ciddi addımlar atmamağa çağırıb. Çünki bir çox mədəniyyətlərdə uzun il nəhs il sayılır.

 

Yunanıstanda uzun ildə evlənməməyə çalışırlar. Üstəlik də fevralın 29 Dünya Nadir Xəstəliklər günüdür…

 

Burası da var ki, uzun illərdə daha vacib qlobal işlər baş verir. Məsələn yay Olimpiya Oyunları və ABŞ prezident seçkiləri bir qayda olaraq uzun illərdə keçirilir.

Tarix: 8 Fevral 2020, 13:54   
Xəbər lenti
Çox oxunanlar