BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəşad Dağlının dostunu güllələyən şəxsə hökm oxundu

 

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda iki nəfəri güllələməkdə təqsirləndirilən Tural Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə Tural Nağıyev 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Tural Nağıyev Yasamalda kriminal aləmə yaxınlığı ilə bilinən Zülfü Muradovu və İlkin Bağıyevi güllələməkdə təqsirli bilinir.

 

Əməliyyat-axtarış tədbirlərilə ictimai təhlükəli əməli törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Tural Nağıyev tutulub.

 

T.Nağıyev barəsində Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

 

Xatırlatma: Güllələnən Zülfü Muradov tanınmış meyxanaçı Rəşad Dağlının dostu olub. Z.Muradov xəstəxanadan çıxandan sonra həbs edilib. O, narkotik vasitə əldə etmə və satma ittihamı ilə 6 il həbs cəzası alıb.

Tarix: 13 Oktyabr 2021, 17:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin