BURADA REKLAMINIZ OLA
BİLƏR

Səsvermə gününə olan hava proqnozu açıqlandı – Qar yağacaq, güclü külək əsəcək

Sabaha – fevralın 9-da olan hava proqnozu açıqlanıb.

 

Nazirlikdən Pravda.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə və gündüz 0-3° isti, axşam 1° şaxta, Bakıda gecə və gündüz 0-2° isti, axşam 1° şaxta olacaq.

 

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək

 

Nisbi rütubət gecə və gündüz 75-85% olacaq.

 

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

 

Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

 

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. Yolların buz bağlama ehtimalı var.

 

 

 

 

 

 

 

 

Tarix: 8 Fevral 2020, 14:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin