BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Sobçakın düşdüyü qəzanın görüntüsü yayıldı

Rusiyalı məşhur televiziya aparıcısı və jurnalist Kseniya Sobçak Soçidə düşdüyü avtomobil qəzasının görüntüsü yayılıb.

 

Pravda.az xəbər verir ki, görüntüyə əsasən “Mercedes” markalı avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtobusu ötməyə çalışır. Nəticədə toqquşma hadisəsi baş verir.

 

Qeyd edək ki, oktyabrın 9-da baş vermiş qəzada “Volkswagen”in qadın sərnişini – 35 yaşlı Yelena Tarasova hadisə yerində dünyasını dəyişib. 30 yaşlı Oksana Sadovnik və 23 yaşlı Robert Dedyan isə xəstəxanaya yerləşdirilib.

 

Sobçak özü qəzadan dərhal sonra hadisə yerini tərk edib və hava limanına yollanıb. Məşhur aparıcı qəzadan bir gün sonra Moskva yaxınlığında xəstəxanaya müraciət edib. Burada ona lazımi tibbi yardım göstərilib və buraxılıb. Sobçakın sözlərinə görə, o, çox sayda travma alıb və beyin silkələnməsi yaşayıb.

Tarix: 14 Oktyabr 2021, 00:50   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin