BURADA REKLAMINIZ OLA
BİLƏR

"Namizədlərin əlləri hər yerdən üzülüb, indi də nənələrə girişiblər"

Müğənni Əli Mirəliyev depuatlığa namizədlərin təbliğat-təşviqat kampaniyasını tənqid edib.

 

Pravda.az-ın xəbərinə görə, o bir çox namizədlərin deputat seçiləndən sonra xalqa verdikləri vədləri yerinə yetirmədiklərini bildirib: “Deputatlığa namizədlər ömrü boyu insanlara yalandan vədlər veriblər, onları başlarına yığıb qaz, su, yol çəkdirəcəklərini deyib aldadıblar. Bunlar sizin yadınızdan çıxıbmı? İndi də əlləri hər yerdən üzülüb nənələrə “girişiblər”. Bunlar elə bilirlər ki, kim istəsə, deputat ola bilər, amma belə deyil. Deputat olan şəxs vətənpvər, xeyirxah, insanlara kömək etməyi bacaran şəxs olmalıdır. Sovet vaxtında bunlar tam başqa cür idi. İndikilərin çoxu şəhərdə yaşayır, Ağstafa rayonundan deputat seçilir. Heç araşdırsan, görərsən ki, Ağstafanın üzün görməyib. Deputat seçildiyi beş il ərzində bir dəfə rayona gedib insanların problemiylə maraqlanmır. Yaxşı oldu elə parlamenti buraxdılar. Bu gün bizim “axsaq” müğənnilərimizdən də deputatığa namizədliyini verənlər var. Əsl müğənni Müslüm Moqamayev idi, amma Heydər Əliyev ona namizədliyini verməsini təklif etsə də, o, istəmədi”.

 

Ə.Mirəliyev Əməkdar artist Elza Seyidcahanın deputatlığa namizədliyini verməsinə də münasibət bildirib və onu dəstəklədiyini deyib: “Elza bəstəkar, müğənni, şair oldu, qoy deputat da olsun da, nə olar. (Gülür) Elza adi insanlara oxşamır, elə bil Marsdan gəlib. Onun qeyri-adi geyimlərinə, ifalarına fikir verin, bu da Allah vergisidir. Mən həqiqətən Elza xanımı dəstəkləyirəm. Bir də gördün Milli Məclisdə xalq üçün qeyri-adi nəsə etdi, onda deyəcəksiniz ki, Əli Mirəliyev bunu demişdi. Hamı ona gülür, amma mən Elzanı çox bəyənirəm”.Moderator.az

Tarix: 8 Fevral 2020, 14:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin