BURADA REKLAMINIZ OLA
BİLƏR

Nuru Paşanın Göyçaydakı qərargahının yerləşdiyi evlə bağlı RƏSMİ AÇIQLAMA

Əmlak Məsələləri Dövlət Komitəsi Nuru Paşanın Göyçayda hərbi qərargah kimi istifadə etdiyi evi özəlləşdirməyib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qulu Xəlilov bildirib.

 

Onun sözlərinə görə, bəzi iddialar səslənir ki, Göyçayda yerləşən bu ev özəlləşdirilib və daha sonra həmin ərazidə söküntü işləri aparılıb: “Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşdirdiyi ərazi həmin yerə yaxındır və qeyri-yaşayış obyektidir, əvvəllər mətbəə olub. Həmin obyekt 2015-ci ildən özəlləşdirilib və hazırda kommersiya fəaliyyəti ilə məşğul olan müəssisədir və  sökülməyib. Bu ərazinin Nuru Paşanın qərargahının yerləşdiyi evə heç bir aidiyyəti yoxdur”.

 

Q.Xəlilov qeyd edib ki, ”söküntü işləri aparılan ərazidə isə əvvəllər yaşayış yeri olub və bir tikinti şirkəti həmin yaşayış sahəsini alıb".

 

Xatırladaq ki, bəzi KİV-lərdə Nuru Paşanın Göyçayda hərbi qərargah kimi istifadə etdiyi ev özəlləşdirilərək şirkətə satıldığı və şirkətin isə orda söküntü işlərinin aparıldığı qeyd edilib.Report

Fotoları təqdim edirik
Tarix: 8 Fevral 2020, 14:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin