BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda şirkət rəhbəri həbs edildi - FOTO

“Riyad” Şirkətlər Qrupunun rəhbər şəxslərindən biri İlham Məmmədov həbs edilib.

 

Pravda.az xəbər verir ki, İ.Məmmədov Cinayət Məcəlləsinin 296-cı maddəsi (bilə-bilə yalan xəbərçilik etmə) ilə təqsirli bilinirərək saxlanılıb.

 

Səbail Rayon Məhkəməsində istintaq orqanının verdiyi təqdimata baxılıb. Hakim İlkin Rüstəmli təqdimatı təmin edib və İ.Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

 

Qeyd edək ki, Şirkətlər Qrupuna “Riyad” Ticarət Mərkəzi, “Riyad” Mühafizə xidməti, “Azinteroil” MMC və digər şirkətlər daxildir.

 

Qafqazinfo

Fotoları təqdim edirik
Tarix: 14 Oktyabr 2021, 13:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin