BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtomobil üçün etibarnaməni mobil telefon vasitəsilə vermək mümkün olacaq - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

Azərbaycanda yeni mobil etibarnamə sistemi fəaliyyətə başlayır.

 

Pravda.az-ın xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

 

Onun sözlərinə görə, sistem noyabrın 22-dən fəaliyyətə başlayacaq: "Vətəndaş nəqliyyat vasitəsi ilə bağlı cəmi 5 dəqiqə ərzində istədiyi şəxsə həftənin bütün günü, 24 saat ərzində etibarnamə verə biləcək. Sistemdə vətəndaşın mülkiyyətində olan bütün nəqliyyat vasitə sistemdə çıxacaq. Həmin sistemdə hansı nəqliyyat vasitəsini istəsəniz telefon vasitəsi ilə əldə edə biləcəksiz. Ödəniş edildikdən sonra məlumatlar avtomatik olaraq Dövlət Yol Polisinə gedəcək".

Tarix: 20 Noyabr 2019, 12:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin