BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatın müəmmalı ölümü: həmin axşam Xətai Əliyevlə restoranda olub...

Ukrayna Ali Radasının deputatı, Kiyevdə müəmmalı şəkildə ölən Anton Polyakovla həmin gün axşam restoranda birlikdə olan  Xətai Əliyevi Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən  axtarır. Bu fakta Ukrayna KİV-ləri diqqət yetiriblər. Onun axtarışa verildiyi haqda məlumat Dövlət Təhlükəsizliyi  Xidmətinin saytında yerləşdirilib, axtarışa verilməsi üçün əsaslar kimi AR CM-in 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (oğurluq, təkrar törədildikdə), 177.2.3-1(elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə), 177.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 271.3-cü maddələri (ictimai əhəmiyyətli infrastruktur obyektinin kompüter sisteminə daxil olmaqla məlumatların ələ keçirilməsi) maddələri göstərilir.

 

Anket məlumatlarına əsasən Əliyev Xətai Balaşa oğlu 1991-ci ildə Xaçmazda anadan olub.

 

dialog.ua saytının yazdığına görə, deputatın ölümündən az əvvəl-oktyabrın 7-də gecə saatlarında Xətai Əliyev bir neçə saat ərzində Anton Polyakovun tanışı ilə birlikdə yemək yediyi kafedə olub. Taksini də o çağırıb və Polyakovu maşına oturdub. Ukrayna DİN-dən isə bildiriblər ki, həmin vaxt kafedə olan şəxs (söhbət X.Əliyevdən gedir) orada üç saata yaxın oturub, çoxlu spirtli içki içib və tez-tez deputatla tanışının oturduğu masaya yaxınlaşıb. Videomüşahidə kameraları isə kafedən ancaq iki nəfərin çıxdığını, deputatın tanışının maşına oturub getdiklərini göstərir.

 

Ukrayna Ali Radasının deputatı, oktyabrın 8-də gecə saatlarında Kiyevdə taksidə ölü halda aşkarlanan Anton Polyakov hadisədən az əvvəl restoranda tanışları ilə olub. Və orada alkoqollu içki qəbul edib. virtualaz.org xəbər verir ki, Polyakovun restoranda deputat Anna Skoroxodun köməkçisi Rüstəm Cambulatovla və Azərbaycan vətəndaşı Xətai Əliyevlə birlikdə olduğu üzə çıxıb.

 

Restoranın vidomüşahidə kameralarının görüntülərinə əsasən deputat və tanışları təxminən 2 saat yarım masa arxasında oturublar. Daha sonra Polyakov restoranı tərk edib, amma görüntülərə əsasən onun restoranı normal vəziyyətdə tərk etdiyi görünür, bərk sərxoşluq əlamətləri gözə dəymir.

 

Daha sonra yol patrul polisinin kamerası ilə çəkilmiş görüntülərə əsasən Polyakov taksidə huşsuz vəziyyətdə aşkarlanır. Polis və hadisə yerinə çağırılan təcili yardım briqadası ona ilk tibbi yardım göstərməyə çalışır, amma reanimasiya tədbirləri nəticə vermir.

 

Daxili işlər nazirinin müavini Yevgeni Yenin bildirib ki, Polyakovun qanında metadon aşkarlanıb, amma bu maddənin onun qanına necə keçdiyi məlum deyil. Habelə deputatın üzərindən naməlum tərkibli maye ilə dolu iki kateter də aşkarlanıb.

 

Nazir müavini deyib ki, həmin axşam deputat "vətəndaş D.-yə” zəng vurub, onunla restoranda görüşüb. Daha sonra həmin şəxsin avtomobilində Kiyevdə 2 saata yaxın dolaşıb, ardınca taksiyə minib.

 

Taksi sürücüsü əvvəlcə ifadəsində deputatın ictimai nəqliyyatdan düşərək onun maşınına mindiyini deyib, daha sonra ifadəsini dəyişib və Polyakovun başqa avtomobildən düşüb taksiyə mindiyini bildirib. Deputatın ölümü "təbii ölüm görüntüsü yaradılmaqla törədilmiş qətl” maddəsi üzrə araşdırılır. Polyakov hakim "Xalqın qulluqçusu” partiyasından deputat seçilsə də 2019-cu ildə partiyadan istefa verib, müstəqil deputat kimi fəaliyyət göstərib.

 

Anews.az

Tarix: 14 Oktyabr 2021, 17:34   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin