BURADA REKLAMINIZ OLA
BİLƏR

“Düşmən rusiyalı hərbçilərin arxasında gizlənib və onların arxasından atəş açır”

“İşğaldan əvvəlki dövrə - snayper müharibəsinə qayıtdıq. Hərbçimiz şəhid oldu, növbəti gediş bizimdir, düşmən də itki verməlidir, ancaq düşmən keçmiş illərdən fərqli olaraq rusiyalı hərbçilərin arxasında gizlənib və onların arxasından atəş açır. Ancaq snayper müharibəsinin məqsədi də odur ki, hədəf dəqiq seçilir. Ona görə də ortada qalan rus hərbçilərinə zərər vermədən arxalarındakı separatçıları məhv etmək üçün bütün imkanlardan yararlanmaq lazımdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

“Dronlar da dəqiqliyi ilə seçilir. Nə qədər ki, Qarabağda əlində silah olan separatçılar tərksilah olunmayıblar dincliyimiz təmin olunmayacaq” – E.Şahinoğlu qeyd edib.

Tarix: 14 Oktyabr 2021, 22:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin