BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda müəllim dərs zamanı vəfat etdi

Bakıda müəllim dərs zamanı vəfat edib.

 

Bakı şəhəri 89 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Maisə İsmayılova oktyabrın 11-də IX b sinfinə dərsi zamanı ürək tutmasından vəfat edib.

 

Məktəbdən verilən cavab görə, M. İsmayılova sinfə daxil olan zaman özünü pis hiss etdiyi üçün çantasından dərman çıxararaq qəbul etmək istəsə də, anidən huşunu itirib.

 

Dərhal məktəbin tibb bacısı və rəhbərlik məlumatlandırılıb və təcili tibbi yardıma müraciət edilib. Təəssüf ki, müəllimin həyatını xilas etmək mümkün olmayıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya faktı təsdiqləyiblər.

Tarix: 15 Oktyabr 2021, 10:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin