BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıtda partlayış oldu - 1 nəfər xəsarət aldı

Sumqayıtda partlayış olub.

Pravda.az-ın xəbərinə görə, hadisə şəhərin Yeni Corat qəsəbəsində fərdi yaşayış evlərindən birində baş verib. Belə ki, evin sahibi, 1956-cı il təvəllüdlü Səfərov Rza Fərrux oğlu mətbəxtdə qaz sobasını yandırmaq istəyərkən partlayış baş verib. Hadisə nəticəsində 64 yaşlı kişi 1 və 2-ci dərəcəli yanıq xəsarətləri alıb.

Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra o, Bakı şəhər 5 nömrəli Şəhər Xəstəxanasına göndərilib.Faktla bağlı araşdırma aparılır.APA

Tarix: 8 Fevral 2020, 17:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin