BURADA REKLAMINIZ OLA
BİLƏR

"Onlar Prezidentə məruzə etsinlər ki, bacarmırlar" - Deputat

“Niyə səhiyyə qurumlarının rəhbərləri icbari tibbi sığorta sahəsində problemlərlə bağlı özlərində güc tapıb prezidentə müraciət etmirlər?”

 

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

 

Deputat bildirib ki, bu sahədə xaricdən mütəxəssislər cəlb etmək lazımdır: “Onlar Prezidentə məruzə etsinlər ki, bacarmırlar. İcbari tibbi sığorta ilə bağlı problemləri aradan qaldırmaq üçün xaricdən mütəxəssislər dəvət edilməlidir. Səhiyyə sahəsində də yanlış qərarlar olur. Bunlardan biri də TƏBİB-in yaradılması olub. Ya bu qurum Səhiyyə Nazirliyinin tabeliyinə verilməli, ya da Səhiyyə Nazirliyi ləğv olunmalıdır”.

 

MM-in Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirib ki, icbari tibbi sığortanı həyata keçirməzdən öncə dünyanın bir çox ölkəsinin təcrübəsini götürülüb: “Mən öngörən deyiləm ki, bunun nə vaxt tam həyata keçiriləcəyini söyləyim. Onu deyə bilərəm ki, bu sahədə problemlər ilbəil azalacaq”.

Tarix: 15 Oktyabr 2021, 13:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin