BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qarabağ münaqişəsi keçmişdə qaldı" - Ali Baş Komandan

"Qarabağ münaqişəsi keçmişdə qaldı, Azərbaycan münaqişəni hərbi yolla həll etdi".

 

Pravda.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bildirib.

 

Prezident qeyd edib ki, uzun illər boyu davam etmiş danışıqlar prosesi nəticəsiz qaldı. Buna görə Azərbaycan münaqişəni hərbi-siyasi yolla həll etməyi qərara aldı.

 

Dövlətimizin başçısı atəşkəsə nail olunmasında Rusiyanın rolunu vurğulayıb.

Tarix: 15 Oktyabr 2021, 13:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin