BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin Rusiyanın Qarabağdakı sülhməramlı kontingentindən danışdı

"Rusiya sülhməramlı kontingenti əldə olunmuş barışığın qarantıdır".

 

Pravda.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasından çıxışı zamanı bildirib.

 

“Rusiyanın fəal köməyi ilə münaqişəni dayandırmaq mümkün oldu. Rusiya sülhməramlıları isə əldə olunmuş barışığın təminatçısıdır. Bizim köməyimizlə humanitar yüklərin daşınması, ərazilərin minalardan təmizlənməsi həyata keçirilir. Həyat təminatı sistemi bərpa olunur”, - o deyib.

 

Onun sözlərinə görə, bütün bunlar bir daha “müharibənin xeyrindənsə, sülhün ziyanı yaxşıdır” deyimini bir daha təsdiq edir: "MDB-nin əsas rolu isə sülh şəraitində əməkdaşlıq üçün şəraitin yaradılmasından ibarətdir".

Tarix: 15 Oktyabr 2021, 14:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin