BURADA REKLAMINIZ OLA
BİLƏR

Qanunsuz ov edən və əcnəbiləri ova çağıran şəxs cəzalandırıldı

Çöl ördəklərini qanunsuz ovlayan və onları nümayiş etdirərək əcnəbiləri ov etməyə çağıran şəxslə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb və həmin şəxsin İmişli şəhər sakini Razi Səmədov olduğu müəyyən edilib.

Pravda.az xəbər verir ki, bunu Xidmətin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, faktla bağlı akt, protokol tərtib edilib və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanına göndəriləcək.


Fotoları təqdim edirik
Tarix: 15 Oktyabr 2021, 19:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin