BURADA REKLAMINIZ OLA
BİLƏR

Silahlı əsgər 17 mülki vətəndaşı öldürdü, 16 nəfəri girov götürdü - VİDEO

Tailandda əsgər mülki vətəndaşlara atəş açıb, 17 nəfər ölüb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə Tailandın Nakhon Ratchasima şəhərində (həmçinin Korat kimi tanınır) baş verib.

 

Tailand Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Jakrafant Thomma hərbi düşərgədən silah oğurlamazdan əvvəl komandirinə hücum edib. "Bankok Post"un məlumatına görə, o, hərbi hissəni tərk etməzdən öncə komandirinə və iki əsgərə atəş açıb.

 

Silahlı əsgərin 16 nəfəri girov götürdüyü bildirilir.

 

Daha sonra şəhərdəki "Terminal 21" ticarət mərkəzinə doğru maşınla hərəkət edən silahlı şəxs yol boyu insanlara və Buddist məbədinə atəş açıb. O, bütün bu hadisələri "Facebook" hesabında canlı yayımlayıb.APA

 

Tarix: 8 Fevral 2020, 19:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin