BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah yağış və sulu qar yağacaq

Noyabrın 21-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, şimal-şərq küləyi arabir güclənəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Pravda.az-a verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

 

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95  faiz olacaq.

Azərbaycanın rayonlarında noyabrın 21-də arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 21-22-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və rütubətli hava şəraiti fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişsizdir.

Tarix: 20 Noyabr 2019, 13:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin