BURADA REKLAMINIZ OLA
BİLƏR

Hikmət Hacıyev səfirlə nar yığdı - FOTO

Xəbər verdiyimiz kimi, bu gün diplomatik korpus və yerli media nümayəndələrinin işğaldan azad edilmiş Suqovuşana səfəri təşkil olunub.

 

Pravda.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi iə baş tutan səfərdə diplomatlar Suqovuşan və Talış kəndlərinə gediblər.

 

Türkiyənin Azərvaycandakı səfiri Cahit Bağcı da səfərə gedən diplomatlar arasındadır.

 

O, Tvitter hesabında səfərdən fotolar paylaşıb.

 

“Cənab Hikmət Hacıyevlə nar yığdıq”, - o şəkillərdən birinə şərh yazıb.

Fotoları təqdim edirik
Tarix: 16 Oktyabr 2021, 18:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin