BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirusa yoluxan şəxslər evlərindən zorla çıxarıldı - FOTO

Koronavirus səbəbi ilə yüzlərlə insanın öldüyü Çində xüsusi qoruyucu geyimli səlahiyyətlilər insanları evlərindən məcbur şəkildə çıxarmağa başlayıb. Görüntülər qısa müddətdə sosial mediada böyük əks-səda doğurub.

 

Pravda.az-ın xəbərinə görə, Pekin rəhbərliyi cümə günü virusa yoluxmaqda şübhəli bilinən insanların nəzarətə götürülüb qarantinə alınması isitqamətində tapşırıq verib. Bundan sonra Uhan əyalətindən ağıllara durğunluq verən video-görüntülər gəlməyə başlayıb.

 

İngiltərənin "Daily Mail" qəzetinin yayımladığı görüntülərdə xüsusi geyim geyinən səlahiyyətlilərin insanları məcbur şəkildə evlərindən çıxardığı görülüb.Moderator.az

Tarix: 8 Fevral 2020, 23:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin