BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyədə kursda iştirak edən Azərbaycan hərbçilərinin buraxılış mərasimi keçirildi

Türkiyənin İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında “Dağ komando kursu”nu bitirən Azərbaycan Ordusunun hərbi qulluqçularının buraxılış mərasimi keçirilib.

Pravda.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, buraxılış mərasimində Azərbaycandan nümayəndə heyəti və ölkəmizin Ankaradakı səfirliyinin nümayəndələri iştirak edib.


Mərasimdə çıxış edənlər kursu bitirən hərbçiləri təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Sonda məzunlara kursu müvəffəqiyyətlə bitirmələri barədə sertifikatlar təqdim olunub.

Tarix: 17 Oktyabr 2021, 10:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin