BURADA REKLAMINIZ OLA
BİLƏR

21 nəfəri qətlə yetirmiş əsgər öldürüldü - YENİLƏNDİ

Tailandda onlarla insanı qətlə yetirən əsgər təhülkəsizlik qüvvələri tərəfindən məhv edilib.

 

 

***

00:24

 

Tailandda xüsusi təyinatlılar 20 nəfəri qətlə yetirmiş əsgəri ticarət mərkəzində tapa bilməyib.

 

Pravda.az-ın xəbərinə görə, polis silahlının gizləndiyi ticarət mərkəzinin bütün mərtəbələrini axtarsa da, onu tapa bilməyib.

 

Əsgərin ticarət mərkəzinin zirzəmisində gizlənə biləcəyi ehtimal edilir.

 

Tailand ordusunun hərbiçisi 32 yaşlı Jakrafant Thomma hərbi düşərgədən silah oğurlamazdan əvvəl komandirinə və iki əsgərə atəş açıb.

 

Daha sonra şəhərdəki "Terminal 21" ticarət mərkəzinə doğru maşınla hərəkət edən silahlı şəxs yol boyu insanlara və Buddist məbədinə atəş açıb. O, bütün bu hadisələri "Facebook" hesabında canlı yayımlayıb. İnsident nəticəsində 20 nəfərin öldüyü bildirilir.APA

Tarix: 9 Fevral 2020, 08:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin