BURADA REKLAMINIZ OLA
BİLƏR

"Titanik"in aktyoru vəfat etdi

Amerika aktyoru və rejissoru Kevin Konuey dünyasını dəyişib.

Pravda.az-ın xəbərinə görə, bu barədə onun menecerinə istinadən “The Hollywood Reporter” bildirib.

Məlumatda qeyd edilir ki, Konuey 77 yaşında ölüb. Menecer aktyorun ölüm səbəblərini açıqlamayıb.

Konuey 24 il müxtəlif filmlərə çəkilib. O, ilk dəfə kinoya Kurt Vonnequtun romanı əsasında çəkilmiş "Qırğın nömrə beş" (1972-ci il) filmi ilə gəlib və ekran əsərində “Rolan Viri” obrazını canlandırıb.

Konuey həmçinin "Titanik" miniserialında (1996-cı il), "Yumruq" (1978-ci il), "Yaxşı polis" (1991-ci il) filmlərində rollar oynayıb. Aktyor "Desk Dramı" teatr mükafatı laureatı olub.Report

Tarix: 9 Fevral 2020, 08:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin