BURADA REKLAMINIZ OLA
BİLƏR

Britaniya səfiri Azərbaycan xalqını Azərbaycan dilində təbrik etdi

Böyük Britaniya səfiri Ceyms Şarp 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.

 

Pravda.az-ın məlumatına görə, səfir təbrikini Azərbaycan dilində səsləndirib.

 

“Azərbaycandakı dostlarımızı təbrik edirəm. Bu il Azərbaycan müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edir və tarixində yeni səhifə açır. Azərbaycan və Britaniya arasında bütün sahələrdə güclü ikitərəfli münasibətlər mövcuddur və biz Azərbaycanın davamlı inkişafı və tərəqqisi yolunda daim onun yanındayıq”.

Tarix: 18 Oktyabr 2021, 10:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin