BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezident İlham Əliyevin siyasətinin təməlində Azərbaycan vətəndaşı dayanır” - RƏY

"Prezident İlham Əliyevin siyasətinin təməlində Azərbaycan vətəndaşı dayanır. Sosial ödənişlərin artırılması ilə bağlı imzalanmış sərəncam da bu baxımdan böyük əhəmiyyətə malikdir. Sərəncamla vətəndaşların, xüsusilə də həssas qrupa məxsus olanların təqaüd, pensiya, sosial müavinət və əmək haqqılarının artırılması onların sosial vəziyyətinə yaxşı təsir göstərəcək".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Prezident İlham Əliyevin oktyabrın 16-da imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı barədə danışarkən deyib.

 

 

Parlament üzvü bildirib ki, sənəd 1 milyon 800 mindən çox Azərbaycan vətəndaşını əhatə edəcək: "Prezident İlham Əliyevin "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı bir daha sübut edir ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan sosial dövlətdir və daim sosial yönümlü islahatlar icra edir. Dövlət hər zaman vətəndaşının yanındadır və çalışır ki, onun sosial rifahının yaxşılaşdırsın. Sərəncamın 2022-ci ildən etibarən qüvvəyə minməsi ilə bir qrup vətəndaşın pensiya və təqaüdləri artacaq. Bu da öz növbəsində Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşmasına səbəb olacaq".

 

Nəzrin Cavid

Tarix: 18 Oktyabr 2021, 11:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin