BURADA REKLAMINIZ OLA
BİLƏR

Qarın hündürlüyü 43 sm-ə çatdı, temperatur mənfi 15 dərəcəyədək endi

Ötən gün axşam saatlarında şimal bölgəsinin bütün rayonlarında hava şəraiti kəskin pisləyib və qar yağmağa başlayıb.

 

Pravda.az-ın xəbərinə görə, şimal bölgəsində ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 43 sm-ə çatıb. Qubanın Qrız kəndində qarın hündürlüyü 40 sm, Xaltanda 35 sm,  Xızının Altıağac qəsəbəsində 36 sm, Qubanın mərkəzində 11 sm, Şabranda 2 sm, Xaçmazın Nabran kəndində 1 sm, Qusarın Yasab kəndində 15 sm olub.

 

Qubanın Qrız kəndində temperatur mənfi 15 dərəcəyədək enib.APA

Tarix: 9 Fevral 2020, 09:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin