BURADA REKLAMINIZ OLA
BİLƏR

Gürcüstan XİN Azərbaycan xalqını təbrik etdi

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Gürcüstan XİN-in "Twitter” hesabında paylaşım edilib.

 

"Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq. Biz Gürcüstan və Azərbaycanın möhkəm strateji tərəfdaşlığını yüksək qiymətləndiririk və xalqlarımızın xeyri üçün bunu daha da inkişaf etdirəcəyik", -deyə təbrikdə qeyd olunub.

 

Müstəqilliyin bərpasının ildönümü münasibəti ilə Gürcüstan Baş nazirin birinci müavini, xarici işlər naziri David Zalkaliani də Azərbaycanı təbrik edib.

 

D. Zalkalianinin bu barədə “Twitter” hesabında paylaşımında deyilir: “Bizim strateji tərəfdaşımız olan Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibəti ilə mən səmimi qəlblə təbrik edir və Azərbaycan xalqına uğur və firavanlıq arzu edirəm”.

Tarix: 18 Oktyabr 2021, 14:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin