BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Evsiz qalan müğənnimiz maşınını da satdı: "23 ildir kirayədə qalıram" - VİDEO

Müğənni Vüqar Muradov pulsuzluqdan gileylənib.

 

Pravda.az-ın xəbərinə görə, ifaçı bildirib ki, bu günə qədər ev ala bilməyib:

 

“23 ildir kirayədə qalıram. Onun 2 ilini yataqxanada qalmışam. Ev almaq qismətim olmayıb. Bir dəfə əlimdə pul var idi, ilkin ödəniş üçün verdim, pulu alıb məni aldatdılar. Evi bir neçə adama satmışdılar. Güclə verdiyim pulun yarısını bir müddət sonra ala bildim. Ondan sonra heç nə ala bilmədim.

 

Pandemiyadan öncə bir maşınım var idi. Qiyməti 18-19 min idi. Maşından başqa heç nəyim yox idi. Onu da satdım, 6-7 minlik maşın aldım. Yerdə qalan pulu da pandemiyada gündəlik yaşamım üçün xərclədim. Maşınım da xarab olub, ustadadı. Bir sözlə, ilyarımdır taksilərdə gəzirəm. İmaknım o qədər olmasa da, dünyanın ən varlı insanıyam. Çünki tarixi qələbəni yaşadım”.

 

Lent.az

Tarix: 18 Oktyabr 2021, 17:47   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin