BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı metrosunda gediş haqqı artırılır? - RƏSMİ AÇIQLAMA

""Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti sərnişindaşıma tarifinin artırılması və ümumiyyətlə, qiymətlərin tənzimlənməsi ilə bağlı Tarif Şurasına müraciət ünvanlamayıb".


Bunu Pravda.az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.


O bildirib ki, son dövrlər, xüsusilə də son 2 ildə digər sahələrdə müəyyən qiymət artımı baş verdikdə, nədənsə "Bakı Metropoliteni"nin gediş haqqı məsələsi də gündəmə çıxarılır: ""Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin gediş haqqı qiymətlərinin tənzimlənməsi məsələlərinə yalnız Tarif Şurası baxır, qiymətlərin tənzimlənməsi qurumun səlahiyyətləri çərçivəsindədir".

 

Nəzrin Cavid 

Tarix: 18 Oktyabr 2021, 18:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin