BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bəzi vətəndaşlarımız mövcud olmayan SSRİ-də qalmağa səs vermişdi" - Əkrəm Həsənov

"Görəsən, niyə Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) isə iş günüdür? Bəlkə ona görə ki, 1991-ci ildə biz keçmiş SSRİ respublikaları arasında müstəqilliyi sonuncu elan edənlərdən olmuşuq? Üstəlik yeganə SSRİ respublikası olmuşuq ki, SSRİ dağılandan sonra (26 dekabr 1991-ci il) 29 dekabr 1991-ci ildə müstəqilliklə bağlı referendum da keçirmişik? Və həmin referendumda 9068 nəfər (0,2%) müstəqilliyin əleyhinə səs vermişdi".

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.

"Təsəvvür edirsiniz, SSRİ artıq yox idi, biz isə referendum keçirirmişdik və orada bəzi vətəndaşlarımız mövcud olmayan SSRİ-də qalmağa səs vermişdi. Necə ki, 18 oktyabrda bəzi deputatlarımız müstəqilliyin əleyhinə səs vermişdilər. Bunları unutmaq olmaz! Niyə? Ona görə ki, 30 il ötsə də, "Bəlkə də qaytardılar!" xülyası ilə yaşayanlar hələ də var..." - Ə.Həsənov qeyd edib.

Tarix: 18 Oktyabr 2021, 19:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin