BURADA REKLAMINIZ OLA
BİLƏR

Moskvada Qarabağ üzrə üçtərəfli İşçi Qrupunun iclası keçiriləcək

Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 20-si Moskavaya iki günlük səfərə yollanacaq.

Pravda.az xəbər verir ki, Qriqoryan Moskvaya səfəri çərçivəsində rusiyalı və azərbaycanlı həmkarları Aleksey Overçuk və Şahin Mustafayevlə danışıqlar aparacaq.

Məlumata görə, Moskvada Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin iştirakı ilə üçtərəfli İşçi Qrupunun iclası keçiriləcək.

Tarix: 19 Oktyabr 2021, 11:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin