BURADA REKLAMINIZ OLA
BİLƏR

Slovakiyadan Azərbaycana minatəmizləmə maşınları gətiriləcək

Azərbaycan və Slovakiya arasında minatəmizləmə sahəsində əməkdaşlıq başlayıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov slovakiyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

 

Nazirin sözlərinə görə, Slovakiya istehsalı olan minatəmizləmə maşınlarının Azərbaycana gətirilməsi ilə bağlı müvafiq tərəflər arasında müqavilə imzalanıb.

 

XİN rəhbəri qeyd edib ki, minatəmizləmə maşınlarının ilk partiyası yaxın zamanda Azərbaycana gətiriləcək.

Tarix: 19 Oktyabr 2021, 13:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin