BURADA REKLAMINIZ OLA
BİLƏR

Ülviyyə Könül direktor təyin olundu

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Mədəniyyət” kanalına Əməkdar incəsənət xadimi Ülviyyə Könül (Kərimova) rəhbərlik edəcək.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Pravda.az-a verilən məlumata görə, bununla bağlı sədr Rövşən Məmmədovun əmri imzalayıb. 

Əvvəllər telekanala Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. R. Qasımov mədəniyyət naziri Anar Kərimovun əmri ilə 2020-ci ildə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin edilib.

Bu təyinata kimi Ü. Könül 2019-cu ilin oktyabrından "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin baş rejissoru vəzifəsində çalışıb.

Tarix: 19 Oktyabr 2021, 17:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin