BURADA REKLAMINIZ OLA
BİLƏR

Gülağa Aslanlının ürəyinə stent qoyuldu

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Bakı Sağlamlıq Mərkəzində əməliyyat olunub.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

 

Onun sözlərinə görə, Gülağa Aslanlı səhər saatlarında səhhətində yaranan problemlə bağlı həkimə müraciət edib.

 

A. Hacılı qeyd edib ki, G. Aslanlının ürəyinə iki stent qoyulub, əməliyyat uğurla keçib.

 

“Gülağa Aslanlının səhhəti normaldır, özünü yaxşı hiss edir. Sabah xəstəxanadan evə buraxılacaq”, - A. Hacılı vurğulayıb.

Tarix: 19 Oktyabr 2021, 20:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin