BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “İrana bağlılıqda şübhəli bilinən şəxslərin dindirilməsi profilaktik tədbirdir, ajiotaja ehtiyac yoxdur”

"Ölkə daxilində fəaliyyət göstərən dini qurumların, müəyyən şəxslərin xariclə əlaqələri, onların xaricdən təlimat alıb-almamaları və digər məsələlər dövlət qurumları tərəfindən hər zaman nəzarətdə saxlanılıb. İrana bağlılıqda şübhəli bilinən şəxslərin dindirilməsi də profilaktik tədbirdir. Şübhəli şəxsin evində aparılan araşdırılma və dindirilməyə ciddi şəkildə baxılacaq və məsələyə konkret münasibət bildiriləcək. Biz sadəcə olaraq prosesin yekunlaşmasını və rəsmi qurumların məlumatlarını gözləməliyik. Belə tədbirlər bütün dövlətlərdə profilaktik məqsədlə həyata keçirilir".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov İrana bağlılıqda şübhəli bilinən şəxslərin dindirilməsi barədə sualı cavablandırarkən deyib.

 

Deputat bildirib ki, son günlər İranın Azərbaycana qarşı səsləndirdiyi ittihamların heç bir əsası yoxdur: "44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdən sonra qarşımızda duran ən vacib məsələlərdən biri də ölkədə dini təhlükəsizlin təmin olunmasıdır. Ona görə də müəyyən profilaktik tədbirlərin həyata keçirilməsi, müvafiq addımların atılması, fikrimcə, normaldır. Yəni, ajiotaja ehtiyac yoxdur. Sonrakı dövrdə rəsmi qurumlar məsələ ilə bağlı məlumat verəcək. Əgər ölkə daxilində xariclə əlaqəsi olan dini qurumlar və ya şəxslər varsa, onların fəaliyyəti dövlət qurumları tərəfindən araşdırılaraq müvafiq tədbirlər görüləcək".

 

Nəzrin Cavid

Tarix: 20 Oktyabr 2021, 11:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin