BURADA REKLAMINIZ OLA
BİLƏR

İlqar Məmmədov: “Putindən soruşunlar ki, uşaqlar üçəm doğulsa, uşaqpulu hansına düşəcək...”

“Putin hər üçüncü uşağa görə 14 min dollarlıq müavinət verməyi təklif etdi. REAL hər ikinci uşağa görə 12,7 min dollar təklif edəndə düşük lətifələr təklifimizi kölgədə qoymuşdu: "Bəy, əkiz doğulsalar, onda uşağın hansına pul düşməlidir?" Nəinki kütləşdirici lətifə.  Hakimiyyətin "müstəqil" və "müxalif" fəalları təşəbbüsümüzü qəsdən təhrif edərək, insanları çaşdırıb bizi söydürdü. Küyə gedən çox adam gördük. REAL'ın da baxışı, Putinin də təklifi, ən əvvəldən dediyimiz kimi, "dolanışıq" təminatı deyil, demoqrafik problemə görədir: Bu il Azərbaycanda çox az uşaq doğulub. Say 1950-ci illərin göstəricisinə düşüb. Ölüm sayı isə iki ildir rekordlar qırır.  Ötən ilin 8 ayında normadan artıq 11 faiz adam ölmüşdüsə, bu il 27 faiz olub”.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə REAL Partiyanın sədri İlqar Məmmədov bildirib.

 

İ.Məmmədov qeyd edib ki, REAL-ın "uşaq pulu" təşəbbüsü məhz bu demoqrafik problemin çözümünə yönəlmişdi: “Amma ictimai müzakirələri debilləşdirən lətifələrlə və təhriflə bizi gözdən salmaq cəhdləri nəzərə daha çox çarpdı. İndi gedib Putindən soruşunlar ki, uşaqlar üçəm doğulsa, uşaqpulu hansına düşəcək. Təşəbbüsdə fərqlər var, əlbəttə. Rusiya rəhbərliyi müavinəti birdəfəlik verməyi də mümkün sayır (məsələn, ailə Uzaq Şərq əyalətlərində bu puldan da istifadə edərək ev alıb yaşamaq istəsə). Bizdə demoqrafik problemin ərazi tərəfi o qədər də kəskin deyil deyə, buna ehtiyac duymadıq, müavinəti aylıq təsəvvür edirdik. Amma bu istiqamətdə də düşünmək olar”.

Tarix: 20 Oktyabr 2021, 13:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin