BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan-Rusiya sərhədi boyu nişanlar qoyuldu

"Azərbaycan Rusiya sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı heç bir problem yoxdur".

 

Pravda.az-ın xəbərinə görə, bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

 

Onun sözlərinə görə, demarkasiya komissiyası işini davam etdirir: "Bir müddət əvvəl Moskvada iclas keçirib protokolları imzaladıq. Yeni iş cədvəlimizi müəyyən etdik. Hazırda delimitasiya olunmuş sərhədlərdə sərhəd nişanlarının qoyulması ilə bağlı işlər davam etdirilir".

 

Nazir müavini qeyd edib ki, təxminən 100 kilometrdən çox yer artıq sərhəd nişanları ilə təchiz olunub.

 

"Qalan hissələr də mərhələli şəkildə davam etdiriləcək", - deyə o əlavə edib.APA

Tarix: 9 Fevral 2020, 13:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin