BURADA REKLAMINIZ OLA
BİLƏR

RİİB könüllüsü, şəhid Cavanşir Həmidlinin xatirəsi yad edildi

20 oktyabr “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Lerik rayonundan olan könüllüsü, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş Cavanşir Həmidlinin doğum günüdür.

Pravda.az xəbər verir kji, doğum günündə Cavanşir Həmidlinin əziz xatirəsini yad edən RİİB könüllüləri onun ruhuna hörmət və ehtiram əlaməti olaraq məzarını ziyarət edib, İctimai Birliyin kollektivi adından məzarı önünə əklil qoyublar. Könüllülər həmçinin, Cavanşirin ailəsi ilə də görüşərək xatirələrini bölüşüblər.

Vətənpərvərliyi, səmimiyyəti və işgüzarlığı ilə seçilən Cavanşir Həmidlinin əziz xatirəsi daim qəlblərdə yaşayacaq.

Tarix: 20 Oktyabr 2021, 21:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin