BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah yollar buz bağlayacaq - PROQNOZ

Fevralın 10-da Bakıda və Abşeron yarımadasında fasilələrlə qar yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Pravda.az-a verilən məlumata görə, güclü şimal-qərb  küləyi əsəcək. Havanın temperaturu gecə 1-4° şaxta, gündüz  1-3° isti olacaq.

 

Bakıda gecə 2-4° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi normadan yüksək  770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək.

 

Nisbi rütubət  gecə və gündüz  75-85%  olacaq. 

 

Yolların buz bağlama ehtimalı var.

 

Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə  intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturu  gecə 0-5° şaxta, gündüz 1-6°  isti, dağlarda gecə 10-15° şaxta, gündüz  3-8° şaxta olacaq.  Yolların buz bağlama ehtimalı var.

Tarix: 9 Fevral 2020, 14:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin