"Bu gün Azərbaycan ən güclü dövrünü yaşayır və heç şübhəsiz daha da güclənəcəyik. Bu mənada bölgədə heç kim bizim üçün təhdid deyil, ola da bilməz. Narahatlıq yaradan yalnız bir məqam var, o da bizim vətəndaşlar arasında aşkar şəkildə qonşu dövlətə xidmət edən və bunu müqəddəs vəzifə sayan müəyyən qrupların olmasıdır".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov İrana bağlılıqda ittiham edilən şəxslərin dindirilməsi barədə sualı cavablandırarkən deyib.
Deputat bildirib ki, belə qruplar özləri də bilmədən 5-ci kolon formalaşdırıblar və dini hisslər altında açıq formada istismar olunduqlarının və milli mənafelərimizə xəyanət etdiklərinin fərqində deyillər: "Ən dəhşətlisi isə budur ki, bu prosesə qadınlar da cəlb edilib və qadınlar vasitəsi ilə uşaqların da bu əməllərə alət edilməsinə təəssüf ki, şahid oluruq. Əlbəttə, zaman-zaman lazımi tədbirlər görülür, lakin indiki həssas məqamda bu tədbirlər daha da radikallaşmalıdır. Biz arxayınlaşmamalıyıq ki, kimsə getdi, bunlar başsız qaldı, qətiyyən, əksinə gedəndən çox qalıb aramızda çoxalan, müxtəlif strukturlara yol tapıb ikinci FETÖ təhlükəsi yaradanlar daha qorxuludur. Ona görə də bu istiqamətdə görülən tədbirlər siyasiləşməməlidir, yalnız o prizmadan yanaşmalıyıq ki, ictimai təhlükəli əməl varsa, yaxud bu cür şübhələr varsa, o əmələ hüquq mühafizə orqanları adekvat qiymət verməyə borcludur. Azərbaycan hüquqi dövlətdir, qanunsuz və əsassız olaraq hansısa əməl cinayət hesab edilmir. Bizim qanunvericiliyə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır və hər hansı şəxsin şübhəli və ya təqsirli bilindiyi əməlin cinayət olması, bu şəxsin cinayət hadisəsi ilə əlaqəsi yalnız sübutlara əsasən müəyyən edilir. Bu mənada yuxarıda qeyd etdiyim nüansda kimin barəsində prosessual hərəkət və tədbirlər həyata keçirilibsə yalnız qanuna əsaslanıb, mühakimə icraatın vəzifə və prinsipləri rəhbər tutulub. Cinayət mühakimə icraatının vəzifələri də budur ki, şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorusun, cinayətləri tezliklə açıb cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırsın, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etsin, ən nəhayət, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırsın, təqsirsiz şəxslərə isə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirsin. Yəni, əgər kiminsə təqsiri varsa, ifşa olunaraq cəzalanacaq, kiminsə təqsiri yoxdursa, arxayın ola bilər ki, qanunlarımız, xüsusən, prosessual qanunvericilik tam mənada şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilmə halları başda olmaqla bütün qanunsuzluqdan qoruyur. Ona görə də kiminsə sifarişlə özünü ortaya atıb ictimai vəkillik etməsi, yaxud, fürsətdən istifadə edib "insan hüquqları" adı altında siyasi çıxarlar güdmək cəhdləri yolverilməzdir. Əsas olan dövlətin, xalqın maraqları və təhlükəsizliyidir. Bu məsələdə hüquq mühafizə orqanlarına təsir və öz aləmlərində təzyiq cəhdləri yolverilməzdir və belə niyyətdə olanların özünə qarşı qanunun sərt üzü danışmalıdır".
Nəzrin Cavid
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
Ən son xəbərləri səhifəmizdən də izləyin