BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bu məsələ ilə bağlı qardaşım Prezident İlham Əliyevlə də danışmışıq" - Ərdoğan

“Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyik. Bu məsələ ilə bağlı qardaşım Prezident İlham Əliyevlə də danışmışıq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, Azərbaycana səfəri çərçivəsində Füzuli aeroportu ilə bərabər, bəzi magistral yol və kənd təsərrüfatı ilə bağlı layihələrin açılışında da iştirak edəcək.

 

Ərdoğan qeyd edib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı Türkiyənin qərarı dəyişməyib.

 

O, Türkiyənin Azərbaycana minaların zərərsizləşdirilməsi istiqamətində verdiyi dəstəyin davam edəcəyini də vurğulayıb. Ərdoğan, Türkiyənin Azərbaycana minaaxtaran vasitələr göndərdiyini xatırladıb.

Tarix: 21 Oktyabr 2021, 14:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin